Sənin Hekayən
İstifadə şərtləri
Yenilənib: 4 noyabr 2026
Sənin Hekayən haqqında
Sənin Hekayən ad, foto və seçdiyiniz detallar əsasında fərdi hekayə kitabları hazırlayır. Satıcı: Emin Həsənzadə. Xidmətdən istifadə və uşaq barədə məlumat təqdim etmək üçün yetkin şəxs olmalı, həmin məlumatı və fotonu istifadə etmək hüququna malik olmalısınız. Uşağın məlumatını valideyn və ya qanuni nümayəndəsi təqdim etməlidir.
Önizləmə və qiymət
Üz qabığı və ilk 3 səhnə pulsuz hazırlanır. Hər üz qabığı və səhnə əlavə 3 dəfə yenidən hazırlana bilər. Tam kitabın qiyməti 89 AZN-dir; ayrıca göstərilən 1 AZN test kitabı istisnadır. Ödəniləcək məbləğ səbətdə göstərilir. Qiymətə fərdiləşdirmə, hazırlanma və çap daxildir; çatdırılma daxil deyil.
Sifarişin mərhələləri
Kitabı seçin və ya öz hekayənizi yaradın, məlumatları daxil edib pulsuz önizləməni yoxlayın. Ödəniş PulPal səhifəsində yeni tabda edilir. Təsdiqlənmiş ödəniş qalan səhnələri açır. Hazırlamanı özünüz davam etdirin, mətnləri yoxlayın və yerlərini seçin. “Sifarişi tamamla” ilə təsdiqlədiyiniz mətnlər və şəkillər çap hazırlığına göndərilir. Tamamlamazdan əvvəl adları, hekayəni və mətn yerləşməsini diqqətlə yoxlayın.
Çatdırılma və sifarişə baxış
Tamamlanmış sifariş üçün hazırlanma və çatdırılma müddəti 3 iş günüdür; bazar günü iş günü sayılmır. Rayonlara poçtla çatdırılma mövcuddur və əlavə 1–2 gün çəkir. Çatdırılmadan əvvəl sizinlə əlaqə saxlanılacaq. Sifarişi 28 Mall yaxınlığında Mykuryer MMC-dən pulsuz götürmək olar. Sifariş və hazırlıq statusuna “Kitablarım” bölməsində baxa bilərsiniz. Səhv və ya gecikmə barədə sifariş nömrəsi ilə bizimlə əlaqə saxlayın.
Şəkillər və məzmun
Yalnız istifadə hüququnuz olan məlumatları və fotoları yükləyin. Süni intellektlə hazırlanan mətn və şəkillər gözlənilməz detallar ehtiva edə bilər; önizləmədə onları yoxlayın. Bu şərtlər qanunla qorunan istehlakçı hüquqlarınızı məhdudlaşdırmır.
Satıcı və müraciət
Emin HəsənzadəVÖEN: 1505242582
Məsud Əlizadə ev 18 məh 942943 mənzil 77
WhatsApp · +994 50 432 36 25
