Sənin Hekayən

Sənin Hekayən

Məxfilik

Yenilənib: 4 noyabr 2026

Hansı məlumatlar istifadə olunur?

Hesab adı, e-poçt, giriş üçün qorunan parol məlumatı; sifariş üçün telefon, çatdırılma ünvanı, kitab seçimi və ödəniş statusu; qəhrəmanların adı, yaşı, fotosu və daxil etdiyiniz hekayə detalları istifadə olunur. Texniki qeydlər xidmətin işləməsi və xətaların araşdırılması üçün saxlanıla bilər.

Nə üçün və kimlə paylaşılır?

Məlumatlar hesabınıza giriş, kitabın hazırlanması, ödənişin təsdiqi, çap və çatdırılmanın təşkili üçün işlənir. Foto və hekayə detalları mətn və şəkil hazırlayan süni intellekt xidmətlərinə, fayllar saxlama xidmətlərinə, çap üçün lazım olan materiallar istehsal tərəfdaşlarına ötürülə bilər. Sistem Cloudflare, Hostinger, Google Drive/Sheets və PulPal kimi xidmətlərdən istifadə edir. Bəzi emal və saxlama Azərbaycan xaricində baş verə bilər. Kuryerə çatdırılma üçün lazım olan əlaqə və ünvan məlumatları verilir.

Kart və foto məlumatları

Kart məlumatlarını PulPal-ın ödəniş səhifəsində daxil edirsiniz; saytın sifariş qeydlərində ödənişin istinad nömrəsi, məbləği və statusu saxlanılır. CVV və tam kart nömrəsini bizə WhatsApp-la göndərməyin. Başqasının və ya uşağın fotosunu yalnız müvafiq hüquq və razılıqla təqdim edin.

Saxlama və silinmə

Kitab və foto məlumatları hesabda davam etmək, sifarişi yerinə yetirmək və müraciətləri həll etmək üçün saxlanılır. “Kitabı sil” əməliyyatı kitabı bərpa edilən “Silinmiş kitablar” bölməsinə keçirir; bu, bütün nüsxələrin daimi silinməsi deyil. Məlumatlarınıza baxış, düzəliş, razılığın geri götürülməsi və daimi silinmə tələbi üçün aşağıdakı əlaqədən yazın. Kimliyi yoxladıqdan sonra müraciət araşdırılır; qanuni saxlanmalı ödəniş və sifariş qeydləri istisna ola bilər.

Saytın istifadəsi

Səhifə kateqoriyası, cihazın ümumi növü və aktiv qalma müddəti anonim sessiya kodu ilə sayılır. Kod yalnız bu brauzer tabının sessiya yaddaşında saxlanılır, 30 dəqiqə fəaliyyətsizlikdən və ya gün dəyişəndə yenilənir. IP ünvanı, ad, foto və səhifə linkinin şəxsi parametrləri statistikaya yazılmır. Qeydlər 30 gün saxlanılır; brauzerin Do Not Track seçiminə hörmət edilir.

Saytda hərəkətlərin qeydi və reklam ölçümü

Ayrıca razılıq versəniz, açıq səhifələrdə kliklər, sürüşdürmə və mağazanın həmin anda görünən açıq məzmunu (kitab üzlükləri, kataloq mətni və düymələr) 14 gün saxlanılır. Şəxsi səhifələrdə yalnız mərhələnin adı qeyd edilir. Yazdığınız mətn, yüklədiyiniz fotolar, səbət və ödəniş məlumatları qeydə alınmır. Reklam ölçümünə ayrıca razılıq verdikdə Meta-ya brauzer və reklam identifikatorları, açıq səhifə baxışları və təsdiqlənmiş kart alışının məbləği və valyutası ötürülə bilər. Razılığı aşağıdakı kuki seçimlərindən geri götürə bilərsiniz.

Kuki seçimi

Giriş və səbət üçün zəruri məlumatlar istifadə olunur. Dil, tema və seçilmiş kitabların cihazda yadda saxlanması kimi seçimlər ayrıca kuki seçiminə bağlıdır. Seçimi səhifənin aşağısındakı “Kuki seçimləri” düyməsindən dəyişə bilərsiniz.

Satıcı və müraciət

Emin Həsənzadə
VÖEN: 1505242582
Məsud Əlizadə ev 18 məh 942943 mənzil 77
WhatsApp · +994 50 432 36 25

Elektron ticarət haqqında · Fərdi məlumatlar haqqında